"Xəzər Lənkəran"da mövsümə 500 min dollar alırdım"

"Xəzər Lənkəran"da mövsümə 500 min dollar alırdım"
15:57 25 Dekabr 2015
79 İdman
Ölkə mətbuatı
A- A+

"Azərbaycandan təklif almağıma nəinki yığmadakı uğurlu çıxışımın, digər məqamların da təsiri çox oldu. Məsələn, həmin vaxt "Akademiya"da məşq edirdim, hətta oynayırdım". Fanat.az xəbər verir ki, bu sözləri "Xəzər Lənkəran"ın sabiq yarımmüdafiəçisi Denis Kalinkov deyib.


Moldfootball.com saytına danışan hücumçu "Belçika və Hollandiya çempionatları ilə Azərbaycan birinciliyi arasında çoxmu fərq var" sualına belı cavab verib: "Mən deyərdim ki, orada çox maraqlı çempionat keçirilirdi. Orada 5-6 güclü komanda var idi. Onlardan 3-4-nün ümumiyyətlə çoxlu pulu var idi. Heç yerdə qalan komandaların da imkanları pis deyildi. Məsələn, futbolçulara bir ilə görə 100-200-300 min pul ödəyirdilər. Çempionatda Avropadan çoxlu futbolçu var idi. Məsələn, mən orada hətta 3:0-dan böyük hesab qeydə alındığını xatırlamıram. Darmadağın demək olar ki, olmurdu. İndi sadəcə, "Qarabağ"la "Qəbələ" əvvəlki səviyyəsini saxlayıb. Amma vaxtilə "Bakı", "Neftçi", "Xəzər Lənkəran", "İnter" də güclü idi".


Kalinkov "Xəzər Lənkəran"dakı qazancını açıqlayıb: "Avropada pul daha çoxdu. Azərbaycanda da yaxşı pul verilir. Avropada çıxış edəndə uşaq idim. Amma "Xəzər Lənkəran"da oynayanda artıq yetişmiş futbolçuydum. Mən orada bir mövsümə görə 500 000 dollar alırdım. Daha doğrusu 10 ay üçün. Mənə yeni müqavilə təklif etdilər, qane etdi və imzaladım. Amma məni "Atletiko" və "Malyorka"ya aparmağa söz verən menecer peyda oldu. İspaniyada daha çox pul təklif olunurdu. Lakin məni bu yox, İspaniya çempionatı kimi güclü birincilikdə çıxış etmək maraqlandırırdı. Təəssüf ki, sonda həm Avropadan oldum, həm də Azərbaycandan".


Qeyd edək ki, Kalinkov 2009/10 mövsümündə "Xəzər Lənkəran"da çıхış edib (29 oyun, 6 qol). O, Azərbaycandan başqa Moldova ("Zimbru", "Akademiya", "Rapid", "Veris"), Belçika ("Anderleхt") və Hollandiya ("Heerenveen", "Herakles", "Kambuur" çempionatlarında oynayıb. 30 yaşlı hücumçu Moldova yığmasında keçirdiyi 20 oyunda 2 qol imza atıb.


Fanat.az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotxzr-lnkranquotda-movsum-500-min-dollar-alrdmquot-t46413.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR