Azərbaycanın ən yaxşı atletləri müəyyənləşib

Azərbaycanın ən yaxşı atletləri müəyyənləşib
15:57 25 Dekabr 2015
30 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 25 dekabr. REPORT.AZ/ Bu gün Milli Olimpiya Komitəsinin inzibati binasında Azərbaycan Atletika Federasiyasının (AAF) ilin yekunlarına həsr olunmuş toplantısı keçirilib. "Report"un məlumatına görə, tədbirdə AAF prezidenti Çingiz Hüseynzadə, vitse-prezident Tofiq Qarayev, baş katib Firat Hüseynov və digərləri iştirak ediblər.
İlk olaraq Ç.Hüseynzadə federasiyanın builki uğurları və fəaliyyətindən danışıb. O, "Bakı-2015" I Avropa Oyunlarında Azərbaycan atletlərinin də uğurla çıxış etdiklərini bildirib. Onun fikrincə, 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına qazanılan lisenziyalarını sayının artması Azərbaycan idmanında atletikanın mühüm bir yer tutduğunu bir daha sübut edir.
T.Qarayev və F.Hüseynovun da hesabat xarakterli çıxışlarından sonra mükafatlandırma mərasmi keçirilib. Mərasimdə ilin idmançısı, məşqçisi, hakimi və digər nominasiyalar üzrə mükafatlar sahiblərinə təqdim edilib:
İlin idmançısı - Nazim Babayev, Anna Skidan
İlin məşqçisi - Ziyad Xalfayev
İlin gənc idmançısı - Yelena Prextriyeva
İlin gənc məşqçisi - Elvin Əliyev
İlin hakimi - Kamal Əhmədov

Xəbərin orijinal ünvanı: http://report.az/ferdi/atlet-nazim-babayev-ilin-idmancisi-secilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR