Gənc sahibkarların Quba forumu keçirilib

Gənc sahibkarların Quba forumu keçirilib
15:58 25 Dekabr 2015
40 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 25 dekabr, AZƏRTAC
Gənclər və İdman Nazirliyinin dəstəyi, Gənc Mühasiblər Birliyi və Gənclər üçün Təhsil Mərkəzinin birgə təşkilatçılığı ilə gənc sahibkarların Quba forumu keçirilib.
Gənclər üçün Təhsil Mərkəzindən AZƏRTAC-a bildiriblər ki, forumun əsas məqsədi iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun inkişafına zəmin yaratmaq üçün Azərbaycan Prezidentinin imzaladığı sərəncamlar və təsdiq etdiyi inkişaf proqramlarının təbliği, kiçik və orta sahibkarlığın dəstəklənməsi, bu istiqamətdə görülməli işlərin müzakirəsi və perspektivlərin müəyyənləşdirilməsidir.
İki hissədən ibarət forumun açılışında mərkəzin icraçı direktoru Fəxrəddin Həsənzadə, Gənc Mühasiblər Birliyinin sədri Solmaz Əliyeva sahibkarlığın inkişafına dövlət dəstəyi və təşəbbüslər mövzularında məruzələr ediblər.
Forumun ikinci hissəsində gənclər və idman nazirinin müavini İntiqam Babayev, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev, Milli Məclisin deputatı Vahid Əhmədov, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində olan İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun icraçı direktorunun müavini Azər Bayramov çıxış ediblər.
Forum “Sahibkarlıq fəaliyyətində məqsədlər: Bazar çevrəsi və istehlakçı davranışları”, “Müasir sahibkarlıq fəaliyyətində strateji idarəetmə, problemlər və həlli yolları” mövzularında panel müzakirələrlə davam edib.
Forumun yekunu olaraq sahibkarların üzləşdiyi problemlərlə bağlı təkliflər paketi müvafiq icra qurumlarına təqdim ediləcək.






Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Genc_sahibkarlarin_Quba_forumu_kechirilib-914369

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR