Tibb işçiləri 5 yaşadək sağlam uşaqların qidalanması ilə bağlı biliklərə yiyələniblər

Tibb işçiləri 5 yaşadək sağlam uşaqların qidalanması ilə bağlı biliklərə yiyələniblər
15:58 25 Dekabr 2015
32 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 25 dekabr, AZƏRTAC
Dekabrın 23-dən 25-dək Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) 5 yaşadək sağlam uşaqların qidalanması ilə bağlı pilot təlimlər keçirilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Dünya Səhiyyə Təşkilatının Avropa Regional Bürosunun texniki dəstəyi ilə 2014-cü ildə icrasına başlanılan “5 yaşadək sağlam uşaqların qidalanmasına dair rəhbərliyin hazırlanması və səhiyyə mütəxəssisləri üçün təlimlərin keçirilməsi” layihəsi çərçivəsində keçirilən təlimlərdə ilkin səhiyyə sistemində çalışan 12 həkim-pediatr və 12 tibb bacısı iştirak edib.
K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu, 2 Nömrəli Bakı Baza Tibb Kolleci və İSİM-in əməkdaşları tərəfindən aparılan təlimlərdə iştirakçılar hamilə qadınların və 5 yaşadək sağlam uşaqların rasional və balanslaşdırılmış qidalanması, uşaqlarda qidalanmanın pozulması ilə bağlı xəstəliklərin profilaktikası istiqamətində bilik və bacarıqlara yiyələniblər.
Pilot xarakter daşıyan təlimlərin gələcəkdə daha geniş miqyasda keçirilməsi nəzərdə tutulur.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Tibb_ischileri_5_yasadek_saglam_usaqlarin_qidalanmasi_ile_bagli_biliklere_yiyelenibler-914368

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR