SOCAR Tbilisidə yeni xidmət mərkəzini istifadəyə verib

SOCAR Tbilisidə yeni xidmət mərkəzini istifadəyə verib
16:08 25 Dekabr 2015
22 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 25 dekabr, AZƏRTAC 
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Gürcüstanda fəaliyyət göstərən “SOCAR Georgia Petroleum” şirkəti dekabrın 25-də Tbilisinin Vake rayonunun Çolokaşvili küçəsində yeni xidmət mərkəzini istifadəyə verib.
SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, iki böyük xidmət mərkəzinin birləşməsi nəticəsində yaradılmış yeni mərkəzdə müştərilərə universal operatorlar xidmət göstərəcəklər.
“SOCAR Georgia Petroleum”un məqsədi hər bir müştəriyə fərdi yanaşmanı təmin etmək, xoş atmosfer yaratmaq və yüksək keyfiyyətli xidmət göstərməkdir. Ötən il ərzində şirkətdə əhəmiyyətli dərəcədə dəyişikliklər baş verib, məhsulun və xidmətin keyfiyyəti yüksəlib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR