SOCAR: Struktur islahatları əmək qanunvericiliyinin tələbləri nəzərə alınmaqla həyata keçirilir

SOCAR: Struktur islahatları əmək qanunvericiliyinin tələbləri nəzərə alınmaqla həyata keçirilir
16:18 25 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Son günlər Azərbaycan Respublikası Dövlət Neft Şirkətində (SOCAR) aparılan struktur dəyişiklikləri ilə bağlı verilən məlumatlar həqiqəti əks etdirməməklə yanaşı, ictimaiyyətdə və həmin müəssisələrin əməkdaşlarında çaşqınlıq yaradır. Trend-ə SOCAR-ın Baş ofisinin İnsan Resursları Departamenti tərəfindən verilən məlumatda bildirilir ki, SOCAR-da təşkilati idarəetmə strukturunun təkmilləşdirilməsi, beynəlxalq standartlara uyğunlaşdırılması, idarəetmə mexanizminin optimallaşdırılması məqsədilə aparılan islahatlar labüddür və bu islahatlar birbaşa Şirkətin müəssisə və təşkilatları tərəfindən həyata keçirilir. Struktur dəyişiklikləri ilə bağlı ilk növbədə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79-cu maddəsi ilə əmək müqaviləsinin ləğv olunması qadağan olunan işçilər müəyyən edilərək mövcud vakansiyalar üzrə yerləşdirilməsi təmin edilir.

Həmçinin, aparılan struktur islahatları zamanı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 78-ci maddəsinin tələbləri tam gözlənilir, yəni müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşənin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. SOCAR-da işçilərin peşəkarlıq səviyyəsinin müsabiqə vasitəsilə qiymətləndirilməsi SOCAR-ın Baş ofisinin İnsan Resursları Departamenti tərəfindən Şirkətin müəssisə və təşkilatları ilə birlikdə aparılır. İşçilərin müvafiq qaydada vakansiyalar üzrə yerləşdirməsi isə onların peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi nəticələrinə uyğun olaraq İnsan Resursları Departamentinin nəzarəti altında SOCAR-ın müəssisə və təşkilatları tərəfindən təmin edilir.

Peşəkarlıq səviyyəsinin qiymətləndirilməsinə görə müəssisə və təşkilatlar tərəfindən yeni strukturda işlə təmin oluna bilməyən vətəndaşlara könüllülük prinsipi əsasında “Azərbaycan Respublikası Dövlət Neft Şirkəti üzrə sərbəstləşən işçilərin məşğulluğunun və sosial dayanıqlığının təmin olunmasına dair Proqram”a qoşulmaları təmin edilir. Proqrama əsasən işçilərə əvvəllər aldıqları orta aylıq əmək haqqının 50%-i həcmində müavinət ödənilir, həmçinin onların tibbi sığortası Proqramda olduğu müddətdə saxlanılır. Proqramın əsas vəzifələrindən biri olan məşğulluğun təmin olunması üçün sərbəstləşmiş işçilərin şirkətin digər struktur bölmələrində yerləşdirilməsi prosesi də Proqram çərçivəsində həyata keçirilir. Belə ki, Proqrama qoşulan sərbəstləşən işçilərin ixtisas və iş təcrübələrinə uyğun vakant yerlər axtarılır və vakansiyanın tələblərinə cavab verən sərbəstləşən işçilər müsabiqəyə cəlb olunmaqla struktur bölmələrdə yerləşdirilirlər.

İxtisas və iş təcrübəsi SOCAR-ın vakansiyalarına uyğun olmayan sərbəstləşən işçilər isə ixtisasartırma kurslarına cəlb olunurlar. Ötən müddət ərzində Proqrama qoşulmuş sərbəstləşən işçilərdən müəyyən hissəsinin SOCAR-ın strukturlarında yaranmış vakant vəzifələrə təyin olunmaları təmin edilmişdir.

Peşəkarlıq səviyyəsinin qiymətləndirilməsinə görə müəssisə və təşkilatlar tərəfindən yeni strukturda işlə təmin oluna bilməyən vətəndaşlara (müvafiq bal toplamamış) könüllülük prinsipi əsasında SOCAR və Azərbaycan Neft-Qaz Sənəyesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin müvafiq əmr-qərarı ilə müəyyən edilmiş əmək haqqının 5 misli miqdarında birdəfəlik işdənçıxarma müavinətini ödənilir.

Həyata keçirilmiş tədbirlər nəticəsində bütün təkliflərdən imtina edən işçilərin əmək münasibətlərinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə (işçilərin sayının və ya ştatların ixtisar edilməsi) əsasən xitam verilməsi nəzərdə tutulmuşdur.

Bir daha bildiririk ki, SOCAR-ın strukturlarında aparılan islahatlar qanunvericliyin tələbləri əsas götürülməklə həyata keçirilir. SOCAR-ın bütün fəaliyyəti ilə bağlı, o cümlədən struktur islahatları ilə əlaqədar olan məlumatlar

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/business/economy/2474241.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR