SOCAR: Anbarlardakı aktiv təbii qazın həcmi 2,7 milyard kubmetrdir

SOCAR: Anbarlardakı aktiv təbii qazın həcmi 2,7 milyard kubmetrdir
16:23 25 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Azərbaycan Prezidenti İlham Əliyevın göstərişinə əsasən, SOCAR tərəfindən ölkənin təbii qaza olan tələbatının davamlı təminatı və ixrac imkanlarının genişləndirilməsi məqsədi ilə yeraltı qaz anbarlarının aktiv tutumunun artırılması istiqamətində mühüm işlər görülür.

Trend-in SOCAR-ın rəsmi saytına istinadən verdiyi məlumata görə, 2015-2016-cı il üzrə payız-qış mövsümü üçün ''Azneft'' İstehsalat Birliyinin Qaz Anbarlarının İstismarı İdarəsinin “Qaradağ” və “Qalmaz” yeraltı qaz anbarlarına təbii qazın vurulması prosesi uğurla başa çatıb. Bu proses mövcud qrafikə uyğun olaraq, cari ilin aprel ayından başlamış və noyabrda yekunlaşıb. 2015-ci ilin qazvurma mövsümündə yeraltı qaz anbarlarına ümumilikdə 1 milyard 807 milyon kubmetr qaz vurulub. Bu həcmin 920 milyon kubmetri “Qaradağ”, 887 milyon kubmetri isə “Qalmaz” qaz anbarlarının payına düşüb. Ötən mövsümdən saxlanılan qalıq təbii qazla birlikdə yeraltı anbarlarda qazın həcmi 2 milyard 694 milyon kubmetr təşkil edib. Artıq noyabr ayının ortalarından etibarən 2015-2016-cı il üzrə qazgötürmə mövsümünə başlanılıb. İndiyədək anbarlardan ümumilikdə 646 milyon kubmetr həcmində “mavi yanacaq” götürülmüşdür ki, bunun da 261 milyon kubmetri “Qaradağ”, 385 milyon kubmetri isə “Qalmaz” qaz anbarlarının payına düşüb.

Anbarlardakı qaz ehtiyatı onu deməyə əsas verir ki, payız-qış mövsümünün sonuna kimi ölkə əhalisi ''mavi yanacaq''la fasiləsiz olaraq təmin ediləcək.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/business/economy/2474247.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR