Azərbaycan sərhədçiləri 165 kiloqramadək narkotik maddənin dövlət sərhədindən keçirilməsinin qarşısını alıblar

Azərbaycan sərhədçiləri 165 kiloqramadək narkotik maddənin dövlət sərhədindən keçirilməsinin qarşısını alıblar
16:28 25 Dekabr 2015
22 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 25 dekabr, AZƏRTAC
Cari ildə 164 kiloqram 858 qram narkotik maddənin dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb.
AZƏRTAC xəbər verir ki, bu barədə dekabrın 25-də Dövlət Sərhəd Xidmətinin 2015-ci ildə xidməti-döyüş fəaliyyətinin yekunlarına həsr olunmuş hesabat müşavirəsində məlumat verilib.
Bildirilib ki, il ərzində 5 milyon 242 min manat dəyərində qaçaqmal tutulub. Bundan başqa 21,1 ton yabanı halda bitmiş narkotik tərkibli bitki aşkarlanaraq məhv edilib.
Hesabat dövründə Azərbaycana qarşı kəşfiyyat-pozuculuq fəaliyyəti məqsədilə xarici xüsusi xidmət orqanları ilə əlaqədə şübhəli bilinən 7 Azərbaycan, 1 əcnəbi vətəndaş, məxfi əməkdaşlığa cəlb olunmuş 2 Azərbaycan vətəndaşı müəyyən olunub. Xaricdə münaqişə zonalarında döyüşmüş 11 Azərbaycan vətəndaşı saxlanılıb, qanunsuz miqrasiya, qaçaqmalçılıq, narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 16 mütəşəkkil cinayətkar dəstə zərərsizləşdirilib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycan_serhedchileri_165_kiloqramadek_narkotik_maddenin_dovlet_serhedinden_kechirilmesinin_qarsisini_aliblar-914388

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR