Tacikistan Prezidenti ona “Millətin Lideri” statusunun verilməsi ilə bağlı Qanunu imzalayıb

Tacikistan Prezidenti ona “Millətin Lideri” statusunun verilməsi ilə bağlı Qanunu imzalayıb
16:33 25 Dekabr 2015
20 Digər
Ölkə mətbuatı
A- A+


Düşənbə, 25 dekabr, AZƏRTAC 
Tacikistan Prezidentinin mətbuat xidmətinin yaydığı məlumata görə, dövlət başçısı Emoməli Rəhmon ona “Sülhün və milli bərabərliyin banisi - Millətin Lideri” statusunun verilməsi ilə bağlı Qanunu imzalayıb.
Məlumatda bildirilir ki, “Millətin Lideri” ordeni və dövlət mükafatının təsis olunması da nəzərdə tutulur.
Qanunda deyilir ki, prezidentlik müddəti başa çatdıqdan sonra Millətin Liderinə və onun yaxın qohumlarına toxunulmazlıq hüququ və yüksək təqaüd verilir, o, digər sosial güzəştlərlə təmin olunur, bütün xərclər dövlət büdcəsindən ödənilir.
Bu qanunla Emoməli Rəhmonun anadan olduğu Danqar rayonunda Millətin Liderinin muzeyi və kitabxanası, Düşənbədə isə arxivi yaradılacaq.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Düşənbə

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Tacikistan_Prezidenti_ona_Milletin_Lideri_statusunun_verilmesi_ile_bagli_Qanunu_imzalayib-914392

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR