Hulusi Akar: Türk Silahlı Qüvvələri adından qardaş Azərbaycana minnətdaram

Hulusi Akar: Türk Silahlı Qüvvələri adından qardaş Azərbaycana minnətdaram
16:33 25 Dekabr 2015
21 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Türkiyə Baş Qərargahının rəisi, ordu generalı Hulusi Akar Sarıqamış hərəkatının 101 illiyinə həsr olunmuş tədbirdə Azərbaycana minnətdarlığını bildirib.

Trend Türkiyə mətbuatına istinadən xəbər verir ki, H.Akar tədbirdə bildirib: “Sarıqamış hərəkatından sonra Nargin adasında məcburi saxlanılan türk əsgərlərinə qarşı göstərdikləri qardaş münasibəti və yardımı yad edirik. Hələ o zaman bu bizim bir millət iki dövlət olmağımızı təsdiq edən amillərdən biri olub".

Qeyd edək ki, gələn il yanvarın 14-də Türkiyə tarixinin önəmli səhifəsi - Sarıqamış hərəkatının 101 illiyi qeyd olunacaq.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/other/world/2474248.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR