Prodüser, “Türkvision 2015” yarışmasının Azərbaycan üzrə təşkilatçısı Sübhanə İsgəndərova intihar edən müğənni Elvin Ordubadlı barədə danışıb.
Axşam.az-ın big.az-a istinadən məlumatına görə, o, Elvin barədə xatirələrini bölüşüb:
"Azərbaycanı səsi 1" də iştirak edib. 64 uşağın içində Elvin birinci oldu. Sonra ölkəmizi "Türkvision"da təmsil edib, 7-ci oldu. Elvin çox mərifətli uşaq idi.
İki balasını yetim qoydu. Bir qızı ikinci sinifdə oxuyur, biri isə hələ məktəbə getmir. Anası da ona yağın-balın içində baxırdı. Anasının arzusu idi ki, Elvin məşhur müğənni olsun. Eşidəndə xəbəri inanmadım. Şoka düşdüm. Onun ailəsində problem ola bilməz. Xanımı da çox mehriban idi. Deyim, pul dərdi çəkib, yox. Özlərini dolandıran ailədirlər. Elvinə anası uşaq kimi baxırdı. Allah rəhmət eləsin, ailəsinə səbr versin".
Qeyd edək ki, Elvin Ordubadlının 26 yaşı var idi.