Putin milyardlıq silahları İrana Xəzərdən göndərəcək

Putin milyardlıq silahları İrana Xəzərdən göndərəcək
16:36 25 Dekabr 2015
44 Digər
Ölkə mətbuatı
A- A+

Rusiya İrana S-300 Hava Hücumundan Müdafiə Sistemlərini Xəzər dənizi vasitəsi ilə gördərəcək.

ANS PRESS-in məlumatına görə, bu barədə TASS agentliyinə Rusiyanın Müdafiə Nazirliyindəki mənbə deyib. Məlumatda bildirilir ki, Rusiya zenit raket sistemləri S-300PMU-2 –ni növbəti ilin yanvarında İrana göndərəcək.

Silahların göndərilməsinin ikinci mərhələsi 2016 –cı ilin avqust-sentyabr aylarında İrana təhvil veriləcək.

S-300PMU-2-nin dəyəri 1 milyard dollar təşkil edir. Mənbə bildirib ki, İranın 80 mütəxəssisi Rusiya tədris mərkəzlərində sistemlərin istismarına hazırlıq keçəcəklər. Hazırlıq təlimlərinin 4 ay davam edəcəyi bildirilir.


Rusiyanın S-300 Hava Hücumundan Müdafiə Sistemləri


Rusiya və İran 2007-ci ildə S-300 komplekslərinin tədarükünə dair müqavilə imzalayıblar. 2010 –cu ildə Birləşmiş Millətlər Təşilatının (BMT) Təhlükəsizlik Şurasının İrana qarşı sanksiyalarından sonra Rusiya bu ölkəyə S-300 kompleksinin satışını dayandırdı. Buna cavab olaraq İran Beynəlxalq Arbitraj Məhkəməsində Rusiyaya qarşı iddia qaldırdı. İran Rusiyandan silah satışına dair müqavilənin şərtlərini pozduğu üçün 4 milyard dollar dəyərində təzminat istəyirdi.


Rusiyanın İrana silah göndərəcəyi yol

Noyabrın 9-da isə“Rostex” dövlət konserninin rəhbəri Sergey Çemezov "Dubai Airshow-2015" sərgisində jurnalistlərə açıqlaması zamanı qeyd etmişdi ki, Rusiya müqavilənin şərtlərinin birinci hissəsini yerinə yetirərsə, Tehran Rusiyaya qarşı məhkəmə iddialarını geri götürəcək və bununla da İrana silah satışı bərpa olunacaq.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR