Maşallah Əhmədovun işində qeyri-müəyyənlik

Maşallah Əhmədovun işində qeyri-müəyyənlik
16:37 25 Dekabr 2015
33 İdman
Ölkə mətbuatı
A- A+

Bu gün Bakı Apelyasiya Məhkəməsində həbsdə olan veteran futbolçu Maşallah Əhmədovun apelyasiya şikayətinə baxılıb. Prosesə hakim Həsən Əhmədov sədrlik edib.

Proses qeyri-müəyyən vaxtadək təxirə salınıb. Səbəb M.Əhmədovun müdafiəçisinin məhkəməyə əlavə dəlillər təqdim etməsi olub.

Qeyd edək ki, dələduzluqda təqsirləndirilən M.Əhmədovun barəsində dekabrın 17-də Binəqədi Rayon Məhkəməsi tərəfindən 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

M.Əhmədovun vəkili bu qərardan şikayət verərək həbs-qətimkan tədbirinin ləğv edilməsini istəyib.(Virtualaz.org)

Fanat.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR