Bu il Azərbaycanın dövlət sərhədini pozduğuna görə 461 nəfər saxlanılıb

Bu il Azərbaycanın dövlət sərhədini pozduğuna görə 461 nəfər saxlanılıb
16:48 25 Dekabr 2015
17 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 25 dekabr, AZƏRTAC
Bu il Azərbaycanın dövlət sərhədini pozduğuna görə 461, sərhəd rejimi qaydalarını pozduqlarına görə 16 min 648 nəfər saxlanılıb.
AZƏRTAC xəbər verir ki, bu barədə dekabrın 25-də Dövlət Sərhəd Xidmətinin 2015-ci ildə xidməti-döyüş fəaliyyətinin yekunlarına həsr olunmuş hesabat müşavirəsində məlumat verilib.
Bildirilib ki, saxlanılanların 55,1 faizi Azərbaycan, 8,5 faizi Özbəkistan, 7,6 faizi İran, 4,3 faizi Banqladeş, 3,9 faizi Əfqanıstan, 2,6 faizi Gürcüstan, 2,4 faizi Moldova, 2,2 faizi Rusiya, 1,7 faizi Türkiyə, 1,3 faizi Nigeriya, 1,3 faizi Qırğızıstan, 9,1 faizi digər ölkə vətəndaşları olublar.
İl ərzində 4011 nəfər axtarışda olan şəxs tutulub, 269 nəfər saxta, 30 nəfər özgəsinin sənədi ilə, 20 nəfər gizli şəkildə sərhəd nəzarəti məntəqələrindən keçməyə cəhd edərkən saxlanılıb.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR