İntihar edən müğənni içkili olub

İntihar edən müğənni içkili olub
16:52 25 Dekabr 2015
216 Digər
Ölkə mətbuatı
A- A+

Bu gün müğənni Elvin Ordubadlı (Quliyev) intihar edib. Müğənni özünü yaşadığı evin 5-ci mərtəbəsindən atıb.

Milli.Az aznews.az-a istinadla xəbər verir ki, müğənni intihar edərkən içkili olub. Bu barədə "Azərbaycan səsi" yarışmasının icraçılarından Sübhanə İsgəndərova məlumat verib.

Onun sözlərinə görə, E.Ordubadlı özünü evinin eyvanından atıb:

"Deyilənə görə içkili olub, özünü eyvandan atıb. Çox gözəl imkanı vardı, maşını, evi, işi... Ailəsinə də söz ola bilməzdi. Allah şeytana lənət eləsin, insanın bəzən ağlını alır".

"Azərbaycanın səsi" musiqi yarışmasında müğənninin komandasında olduğu bəstəkar-müğənni Elza Seyidcahan da Elvinin intiharından sarsıldığını deyib:

"Eşitdim pis oldum. Elvinin iki övladı var, özü də ailənin tək uşağı idi".

Qeyd edək ki, E.Ordubadlı "Azərbaycanın səsi" musiqi yarışmasının iştirakçısı olub. Müğənni Azərbaycanı 2014-cü ildə "Türkviziya" mahnı müsabiqəsində əməkdar artist Elza Seyidcahanın bəstələdiyi "Divlərin yalnızlığı" mahnısı ilə təmsil edib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/393100.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR