Tərbiyə müəssisəsində mini-futbol turniri keçirilib

Tərbiyə müəssisəsində mini-futbol turniri keçirilib
16:58 25 Dekabr 2015
16 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 25 dekabr, AZƏRTAC
Ədliyyə Nazirliyi Penitensiar Xidmətin tərbiyə müəssisəsində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin (BŞGİBİ) təşkilatçılığı ilə 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş mini-futbol yarışı keçirilib.
BŞGİBİ-dən AZƏRTAC-a bildiriblər ki, yarışda tərbiyə müəssisəsində cəza çəkən yeniyetmələrdən ibarət futbol komandası ilə “Təhsil” Respublika İdman Mərkəzinin və Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Futbol Məktəbinin yeniyetmələrdən ibarət futbol komandaları qarşılaşıb.
Məhkumlar tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanan və gərgin idman mübarizəsi şəraitində keçən görüşdə 11:5 hesabı ilə tərbiyə müəssisəsinin komandası qalib gəlib.
Sonda yarış iştirakçıları Baş İdarə tərəfindən müvafiq dərəcəli diplom və xatirə hədiyyələri ilə təltif ediliblər.




RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR