"Xoşbəxt ailəsi olan adam niyə intihar etsin axı?"

"Xoşbəxt ailəsi olan adam niyə intihar etsin axı?"
17:05 25 Dekabr 2015
236 Digər
Ölkə mətbuatı
A- A+

Bəlkə qəza və ya başqa bir hadisə nəticəsində həyatını itirib.
 
Bu sözləri əməkdar artist Elza Seyidcahan "Azərbaycanın səsi" musiqi yarışmasının qalibi, müğənni Elvin Ordubadlının intihar etməsi haqda axar.az-a danışarkən deyib.
 
Müğənni onun intihar etdiyinə inanmadığını bildirib: "Allah rəhmət eləsin. Elvin çox sakit və anlayışlı uşaq idi. Mən onun ölümünə inana bilmirəm. Bəlkə də qəza və ya başqa bir şey olub.

Yoxsa iki övladı, xoşbəxt ailəsi olan adam niyə intihar etsin axı? Elvin "Türkviziya" yarışmasında da iştirak etmişdi. Çox tərbiyəli uşaq idi. Gedib yasında iştirak edəcəyəm".

Qeyd edək ki, özünü yaşadığı binanın 5-ci mərtəbəsindən ataraq intihar edən gənc ifaçının canına qıymasının səbəbləri bilinmir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/393096.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR