Boks üzrə Azərbaycan çempionatının birinci günündə 45 döyüş keçiriləcək

17:08 25 Dekabr 2015
40 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 25 dekabr, AZƏRTAC 
Dekabrın 25-də Azərbaycan Boks Mərkəzində idmanın bu növü üzrə böyüklər arasında ölkə çempionatı başlayıb.
AZƏRTAC xəbər verir ki, beş gün davam edəcək yarışda 200-dən artıq kişi və qadın idmançı mübarizə aparır. Paytaxt və regionları təmsil edən komandaların heyətində çıxış edən idmançılar on çəki dərəcəsi üzrə qalib və mükafatçıları müəyyənləşdirirlər.
Azərbaycan çempionatının ilk günündə rinqə 60, 69 və 75 kiloqram çəki dərəcəsində boksçular çıxıblar. Çempionatın birinci günündə ümumilikdə 45 döyüş keçiriləcək.
Yarışların baş hakimi beynəlxalq dərəcəli hakim Fuad Aslanovdur.
Azərbaycan çempionatı dekabrın 29-dək davam edəcək.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Boks_uzre_Azerbaycan_chempionatinin_birinci_gununde_45_doyus_kechirilecek-914413

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR