Azərbaycan millisinin toplanışının vaxtı uzadıldı

Xəbər verdiyimiz kimi, dekabrın 18-dən etibarən Bakıda 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının təlim-məşq toplanışı keçirilir. Bu gün başa çatmalı olan toplanışın müddəti dekabrın 30-dək uzadılıb.


Xatırladaq ki, bu yaş qrupundan ibarət yığmamız 2016-cı il yanvarın 2-dən 13-dək Rusiyanın Sankt-Peterburq şəhərində keçiriləcək FIFA-nın I vitse-prezidenti Valentin Qranatkinin xatirə turnirində iştirak edəcək.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR