Gəncədə 36 saylı körpələr evi-uşaq bağçasının açılışı olub

Gəncədə 36 saylı körpələr evi-uşaq bağçasının açılışı olub
17:13 25 Dekabr 2015
44 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 25 dekabr, AZƏRTAC
Gəncədə 36 saylı körpələr evi-uşaq bağçasının açılışı olub.
AZƏRTAC xəbər verir ki, iki mərtəbə və iki korpusdan ibarət olan bağçada 120 uşaq tərbiyə alacaq. Bağçanın həyətində uşaqların əyləncəsi üçün attraksionlar, çardaq və fəvvarələr inşa edilib.
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, şəhər ictimaiyyətinin nümayəndələri uşaq bağçasının açılış mərasimində iştirak ediblər.
Qeyd olunub ki, şəhərdə aparılan abadlıq-quruculuq işləri çərçivəsində məktəbəqədər uşaq tərbiyə müəssisələri də yenidən qurulur. Hazırda şəhərin 8 bağçasında əsaslı şəkildə yenidənqurma işləri aparılır.
36 nömrəli körpələr evi-uşaq bağçasında təlim və tərbiyə olunan uşaqların valideynləri tərbiyə müəssisəsinin açılışına görə dövlətimizin başçısına və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya təşəkkürlərini bildiriblər.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR