AZAL Bakı-Berlin-Bakı aviareysini bərpa edir

AZAL Bakı-Berlin-Bakı aviareysini bərpa edir
17:24 25 Dekabr 2015
10 Ölkə
Ölkə mətbuatı
A- A+

 “Azərbaycan Hava Yolları” QSC (AZAL) 27 mart 2016-ci il tarixindən etibarən Bakıdan Berlinə müntəzəm reyslərin bərpa ediləcəyini elan edir.

 

AZAL-dan “APA-Economics”ə verilən məlumata görə, Bakı-Berlin-Bakı marşrutu üzrə birbaşa uçuşlar həftədə iki dəfə - çərşənbə axşamı və bazar günləri yerinə yetiriləcək.

 

Heydər Əliyev Beynəlxalq Hava Limanından uçuş Bakı vaxtı ilə səhər saat 08:00-da, Tegel Beynəlxalq Hava limanına enmə - yerli vaxtla saat 09:55-də, Berlindən uçuş - yerli vaxtla saat 10:55-də, Heydər Əliyev Beynəlxalq hava Limanına enmə - Bakı vaxtı ilə saat 18:25-də yerinə yetiriləcək.

 

AZAL-ın reysi Berlin hava limanının daha yüksək səviyyəli xidmət, digər beynəlxalq istiqamətlər üzrə hava limanında əlverişli tranzit müddəti və müasir biznes zalı (business lounge) ilə fərqlənən əsas terminalı olan “A” terminalına gəlir.

 

Bakı-Berlin-Bakı marşrutu üzrə aviabiletin qiyməti 371 avrodan başlayır.

 

Bakı-Berlin-Bakı reysi biznes və ekonom salonlu müasir, komfortlu Airbus A319 laynerləri ilə həyata keçiriləcək.

 

Biletləri şirkətin www.azal.az saytında bronlaşdırmaq və ya AZAL-ın kassalarında əldə etmək mümkündür.

 

Reys çərçivəsində AZAL Miles bonus proqramından istifadə etmək olar (proqram haqqında məlumatı bu linkdə əldə etmək olarhttp://www.azal.az/az/azal-miles ).


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/226603

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR