“Hesab.az” yeni kampaniyaya başlayıb

“Hesab.az” yeni kampaniyaya başlayıb
17:33 25 Dekabr 2015
30 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 25 dekabr, AZƏRTAC
“Hesab.az” onlayn xidmətlər portalı “Silk way Bank” ilə birgə yeni kampaniyaya başlayıb.
Onlayn xidmətlər portalından AZƏRTAC-a bildirilib ki, ödənişləri “SW Bank Miles” kartları ilə aparan istifadəçilər bank tərəfindən ikiqat mil və ikiqat bonus qazanacaqlar. “Miles” kart sahiblərinin balansında müvafiq mil toplandıqda "Azərbaycan Hava Yolları" (AZAL) QSC-dən pulsuz aviabiletlər əldə edəcəklər. Qazanılan “Hesab.az” bonuslarını isə portalın təklif etdiyi hədiyyələrə dəyişmək olar.
Kampaniya çərçivəsində “SW Bank Miles” kartlarını endirimlə sifariş etmək imkanı var. Portalın istifadəçilərinə “Visa Classic Miles” karta – 15 faiz endirim, “Visa Gold Miles” karta – 20 faiz endirim, “Visa Platinum Miles” karta – 25 faiz endirim ediləcək.
“SW Bank Miles” kartlarını www.hesab.az/miles ünvanından endirimlə əldə etmək olar.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Hesabaz_yeni_kampaniyaya_baslayib-914423

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR