Bolkart-dan 7 Günə 7 Hədiyyə

Bolkart-dan 7 Günə 7 Hədiyyə
17:48 25 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Bank of Baku, Bolkart sahibləri üçün yeni il ərəfəsində “7 Günə 7 Hədiyyə” adlı kampaniyaya start verir.

Bankdan Trend-ə verilən məlumata görə, 25-31 dekabr tarixlərini əhatə edən kampaniya çərçivəsində hər gün bir müştərinin hədiyyə qazanmaq şansı olacaq. Kampaniyada yalnız 28 Mall Ticarət Mərkəzində yerləşən Bolkart partnyor mağazalarında alış-veriş edən müştərilər iştirak edə bilər.

Bir həftə davam edəcək kampaniyanın şərtlərinə görə hər günün yekununa əsasən ən çox məbləğdə alış-veriş edən şəxs qalib elan olunur və Gigaset A220 modeli əldə edir. Kampaniyanın sonuncu, yəni 7-ci günü də daxil olmaqla bütün dövr ərzində ən çox məbləğdə alış-veriş edən bir müştəriyə isə İpad mini hədiyyə olunur. Qaliblərin mükafatlandırılması hər növbəti gün 28 Mall-da yerləşən Bolkart stendində aparılacaq.

Kampaniya həm köhnə, həm də yeni Bolkart kartları – Bolkart Gənc, Bolkart Ailə, Bolkart Gold, Bolkart Diamond ilə aparılmış alış-verişlərə şamil olunur.

Bolkart partnyor şəbəkəsi haqqında ətraflı məlumatla bu linkdən tanış ola bilərsiniz.

Daha ətraflı:
145 məlumat mərkəzi
www.bolkart.az
www.facebook.com/bolkart

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/business/economy/2474311.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR