Müdafiə Nazirliyi Ermənistan ordusuna məxsus pilotsuz uçan aparatın vurulmasına dair kadrları yayıb

17:48 25 Dekabr 2015
19 Digər
Ölkə mətbuatı
A- A+



Bakı, 25 dekabr, AZƏRTAC
Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinə məxsus, vurulan pilotsuz uçan aparatdan (PUA) çəkilən kadrları yayıb.
Bu barədə AZƏRTAC-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Müdafiə Nazirliyi düşmənə məxsus pilotsuz uçan aparatın guya vurulmadığı barədə erməni tərəfinin iddialarına cavab olaraq mövqelərimizə yaxınlaşan və çəkilişlər etməyə cəhd göstərən düşmən aparatının vurulma anı və PUA-nın kamerasından əldə edilmiş kadrları təqdim edib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR