"Gözlənilən növbəti əfv fərmanı ilə bağlı səsləndirilən rəqəmlər dəqiq deyil"

"Gözlənilən növbəti əfv fərmanı ilə bağlı səsləndirilən rəqəmlər dəqiq deyil"
17:52 25 Dekabr 2015
92 Ölkə
Ölkə mətbuatı
A- A+

Gözlənilən növbəti əfv fərmanı ilə bağlı səsləndirilən rəqəmlər dəqiq deyil.

Bunu Trend-ə Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü, deputat Azay Quliyev deyib.

A.Quliyev bildirib ki, agentliyimizə açıqlamasında əfvlə bağlı konkret rəqəm söyləməyib, informasiya hazırlanarkən qeyri-dəqiqliyə yol verilib.

Əfvlə bağlı bütün səlahiyyətlərin Prezidentə məxsus olduğunu bildirən A.Quliyev vurğulayıb ki, dövlət başçısı belə məqamlarda həmişə çox böyük humanistlik göstərib: "Prezident bizim təqdim etdiyimiz siyahıdan heç vaxt heç bir məhbusun adını çıxartmayıb. Tam əksinə, o, siyahıya əlavələr edib. Ona görə də əminik ki, Prezident növbəti dəfə çox mühüm fərman imzalayacaq. Çoxlu sayda vətəndaşlarımızı yerdə qalan cəzalarından azad edəcək. Onları ailələrinə qovuşduracaq. Bununla da onların ailələrinə ikiqat sevinc bəxş edəcək".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/393140.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR