Prezident yeni yarımstansiyaların açılışında

Prezident yeni yarımstansiyaların açılışında
17:59 25 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

 

Prezident İlham Əliyev Xəzər rayonunda 110 kilovoltluq “Buzovna-2”, 35 kilovoltluq “Sarıqaya”, “Fatmayı”, “Məhəmmədi”, eləcə də 221, 219, 86 və 87 saylı yarımstansiyaların açılışlarında iştirak edib.

Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri Baba Rzayev dövlət başçısına məlumat verib ki, 110/35/10 kilovoltluq “Buzovna-2” yarımstansiyası 110/10 kilovoltluq “Buzovna dartı” yarımstansiyasının yerində inşa olunub. 

 

Bildirilib ki, “Buzovna-2” yarımstansiyası Buzovna, Zuğulba, Albalılıq qəsəbələrini, bir sıra dövlət əhəmiyyətli qurumları, həmçinin istirahət, turizm, tibb və digər obyektləri fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təchiz edir. Yarımstansiyada hər birinin gücü 40 meqavoltamper olan transformatorlar quraşdırılıb. Yarımstansiyada işçilər üçün hər cür şəraiti olan otaqlar tikilib. Paylayıcı qurğular son elmi-texniki yeniliklər əsasında qurulub.

Qeyd edək ki, yeni yarımstansiya ən son elmi-texniki yeniliklərə əsaslanan “eleqaz”, “vacuum” tipli və digər avadanlıqlarla təchiz edilməklə yanaşı, məsafədən idarə olunan SCADA dispetçer sisteminə də qoşulub.

Dövlət başçısına animasiya, sxemlər, dron çəkilişlər, qrafiklər və digər əyani vasitələr əsasında paytaxtda və regionlarda görülən işlər barədə də məlumat verilib.  Qeyd edilib ki, ötən qısa müddətdə 7 regional idarəetmə strukturu formalaşdırılıb və Azərbaycanın bölgələrində böyük həcmdə yenidənqurma tədbirləri həyata keçirilib.

Sonra prezident İlham Əliyevə açılışı olan 35 kilovoltluq yarımstansiyalar barədə məlumat verilib.

 



















Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/226609

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR