"Heydər" məscidində vəhdət namazı qılınıb

"Heydər" məscidində vəhdət namazı qılınıb
18:05 25 Dekabr 2015
87 Digər
Ölkə mətbuatı
A- A+

Bakının Binəqədi rayonu ərazisində yerləşən "Heydər" məscidində bu gün keçirilən cümə namazı İçərişəhər "Cümə" məscidi dini icmasının sədri, axund hacı Surxay Məmmədlinin imamlığı ilə qılınıb.

Milli.Az xəbər verir ki, bu barədə report-a Səbail Rayon İcra Hakimiyyəti Başçısı Aparatının İnformasiya təminatı və təhlil sektorunun müdiri İsrafil Kərimov məlumat verib.

Əvvəlcə hacı Surxay vəhdət barədə xütbə ilə çıxış edib, sonra isə məzhəbindən asılı olmayaraq, burada iştirak edən müsəlmanların hamısı bir araya gələrək vəhdət namazı qılıblar.

Qeyd edək ki, Prezident İlham Əliyevin sərəncamı ilə tikilmiş Qafqazın ən böyük məscidi olan "Heydər" məscidi istifadəyə verildikdən sonra dekabrın 14-dən etibarən ibadətə açılıb. Həmin gün məsciddə ilk cümə namazı qılınıb.

İlk dəfə "Heydər" məscidində Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə xütbə oxuyub və bildirib ki, bundan sonra tanınmış dindarlar "Heydər" məscidində xütbə oxuyacaqlar.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/393118.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR