Prezident Qazaxıstanın "Eldar Mahmudov"unu işdən qovdu

Prezident Qazaxıstanın "Eldar Mahmudov"unu işdən qovdu
18:12 25 Dekabr 2015
52 Digər
Ölkə mətbuatı
A- A+

Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinə yeni rəhbər təyin olunub.

Milli.Az xəbər verir ki, Tengrinews.kz-nun məlumatına görə, Qazaxıstan prezidenti Nursultan Nazarbayev Milli Təhlükəsizlik Komitəsinin rəhbərliyini yeni sədr Vladimir Jumakanovu təqdim edib. O, 2007-ci ildən bəri Qazaxıstanın Milli Təhlükəsizlik Komitəsinin sədr müavini, 2010-cu ildən isə sədrin birinci müavini vəzifələrində çalışıb.

Bundan daha əvvəl isə Qazaxıstan MTK-ua Nurtay Abıkayev rəhbərlik edib. N.Abıkayev əvvəlcə 1998-ci ilin sentyabrından 1999-cu ilin avqustuna kimi, daha sonra 2010-cu ildən yenidən bu vəzifədə xidmət edib.

Bundan başqa, N.Abıkayev müxtəlif illərdə xarici işlər nazirinin birinci müavini, Qazaxıstanın Rusiyadakı səfiri, parlament senatının sədri, Prezident Admistrasiyasının rəhbəri vəzifələrində çalışıb.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR