“Kəsilməyən atəş səsləri” kitabının təqdimatı keçirilib

“Kəsilməyən atəş səsləri” kitabının təqdimatı keçirilib
18:13 25 Dekabr 2015
17 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 25 dekabr, Zərəngiz Mansurova, AZƏRTAC
Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvan” klubunda tanınmış hərbi jurnalist, yazıçı-publisist Vahid Məhərrəmlinin "Kəsilməyən atəş səsləri” kitabının təqdimatı keçirilib.
AYB-dən AZƏRTAC-a bildirilib ki, qələm adamlarının, tədqiqatçıların qatıldığı tədbirdə AYB-nin katibi, yazıçı İlqar Fəhmi V.Məhərrəmlinin yaradıcılığı, onun ədəbi və publisist fəaliyyəti haqqında ətraflı məlumat verib. İlqar Fəhmi qeyd edib ki, Vahid Məhərrəmli həmişə əsasən Qarabağ mövzusu ilə oxucuların görüşünə gəlib. Onun öz taleyinə də Qarabağ ağrı-acısı yazıldığından canlı şahid olaraq, bu dərdi sətirlərə tökməyi bacarıb.
Çıxış edənlər onu masasını səngərə, qələmini silaha çevirən yazıçı adlandırıblar.
"Kəsilməyən atəş səsləri” kitabına müəllifin müxtəlif illərdə yazdığı hekayələr, publisistik məqalələr və "Cəza" povesti daxil edilib. Müharibədən bəhs edən hekayələrin çoxunun mövzusu həyatdan götürülüb, reallığı əks etdirir.
Sonda yazıçı tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Kesilmeyen_ates_sesleri_kitabinin_teqdimati_kechirilib-914444

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR