Azərbaycan və Çin arasında İKT sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub

Azərbaycan və Çin arasında İKT sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub
18:18 25 Dekabr 2015
27 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 25 dekabr, AZƏRTAC
Rabitə və Yüksək Texnologiyalar Nazirliyində Çinin informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində tanınmış “Huawei” şirkətinin nümayəndələri ilə görüş keçirilib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycanda genişzolaqlı şəbəkənin qurulması layihəsi və əməkdaşlığın perspektiv inkişafı müzakirə olunub.
“Huawei” şirkətinin baş direktoru Liu Jianvei layihə barədə ətraflı məlumat verərək bildirib ki, genişzolaqlı şəbəkənin qurulması kommunikasiya sahəsində dünyada mövcud olan ən son standartların tətbiqi üçün daha geniş imkanlar açır.
Nazir səlahiyyətlərini icra edən Ramin Quluzadə qeyd edib ki, kosmik sənayeyə malik olan Azərbaycan dövləti ölkədə keyfiyyətli rabitənin inkişafında maraqlıdır. R.Quluzadə layihənin keyfiyyətli icrası ilə yanaşı, bu işləri aparan milli kadrların hazırlanmasının prioritet olduğunu vurğulayıb və peşəkar mütəxəssislərin hazırlanması üçün nazirlik tərəfindən lazımi şəraitin yaradılacağını bildirib.
 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR