Roma Papası dünya xristianlarını Milad bayramı münasibətilə təbrik edib

Roma Papası dünya xristianlarını Milad bayramı münasibətilə təbrik edib
18:28 25 Dekabr 2015
28 Digər
Ölkə mətbuatı
A- A+


Vatikan, 25 dekabr, AZƏRTAC
Dekabrın 25-də Vatikanda Roma Papası Fransisk xristian aləmini Milad bayramı münasibətilə təbrik edib. Müqəddəs Pyotr meydanına toplaşmış təxminən 50 min insanı salamlayan Roma Papası bəşəriyyətə sülh arzulayıb və qaçqınlara mərhəmət göstərən ölkələrə minnətdarlığını bildirib. O, dünyada yoxsulluğun aradan qaldırılması və ekstremist hücumların qarşısının alınması üçün dualar edib.
Roma Papası Fransisk çıxışında Yaxın Şərqdə, o cümlədən Suriya, Liviya və digər ölkələrdə gərginliklərə, qanlı qarşıdurmalara və siyasi böhranlara da toxunub. O, eyni zamanda, müasir və dəbdəbəli həyat tərzinin insanların həyatına təsirlərindən bəhs edərək daha sadə və saf yaşamağın üstünlüklərini vurğulayıb. Bildirib ki, Milad bayramı insanların kim olduqlarını xatırlamaları üçün bir vasitədir.
Sonra təbil səslərinin müşayiəti ilə Miladın ənənəvi ayinləri icra olunub. Müqəddəs Pyotr meydanına ciddi təhlükəsizlik tədbirləri həyata keçirilib.
Maqsud Dadaşov
AZƏRTAC-ın xüsusi müxbiri
Vatikan






Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Roma_Papasi_dunya_xristianlarini_Milad_bayrami_munasibetile_tebrik_edib-914454

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR