Gədəbəyin Söyüdlü kəndinin içməli su problemi həll edilib

Gədəbəyin Söyüdlü kəndinin içməli su problemi həll edilib
18:28 25 Dekabr 2015
32 Digər
Ölkə mətbuatı
A- A+


Gədəbəy, 25 dekabr, AZƏRTAC
Yaponiya hökumətinin “Ot kökləri və insan təhlükəsizliyi qrant yardım proqramı” çərçivəsində Gədəbəyin Söyüdlü kəndinin içməli su təchizatı sisteminin yenidən qurulması başa çatdırılıb.
AZƏRTAC xəbər verir ki, dekabrın 25-də layihənin başa çatması ilə əlaqədar mərasim keçirilib. Mərasimdə çıxış edən Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Yediyarov, Milli Məclisin deputatı Sevinc Hüseynova Yaponiya səfirliyi ilə “Gənclərin maarifləndirilmsi və təlimi” İctimai Birliyi arasında bağlanan müqavilə əsasında həyata keçirilən layihənin əhəmiyyətindən danışıb və buna görə kənd sakinləri adından Yaponiya hökumətinə minnətdarlıq ediblər.
Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Tsuquo Takahaşi təmsil etdiyi ölkənin 2003-cü ildən indiyədək Gədəbəydə beş layihə reallaşdırdığını, bu layihələrə 432 min 997 ABŞ dolları xərcləndiyini diqqətə çatdırıb.
Sakinlər kənddə içməli su təminatı sahəsində yaranan problemin həllində yaxından iştirakına görə Yaponiya hökumətinə minnətdarlıqlarını bildiriblər.
Sonda suyun verilməsini bildirən rəmzi lent kəsilib, kəndin mərkəzində düzəldilmiş bulaqdan su içən mərasim iştirakçılar razılıqlarını ifadə ediblər.



Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Gedebeyin_Soyudlu_kendinin_ichmeli_su_problemi_hell_edilib-914453

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR