Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində yeni fakültələr yaradılır

18:33 25 Dekabr 2015
23 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 25 dekabr, AZƏRTAC
Dekabrın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Müdafiə Nazirliyi sistemindəki xüsusi təyinatlı təhsil müəssisələrinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı Sərəncam imzalayıb.
AZƏRTAC xəbər verir ki, Sərəncama əsasən, Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbi və Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbi quru qoşunları, hərbi hava qüvvələri, hava hücumundan müdafiə və hərbi dəniz qüvvələri fakültələri yaradılmaqla, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qoşulur.
Sərəncamda Nazirlər Kabinetinə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin nizamnaməsinin layihəsini üç ay müddətində hazırlayıb Prezidentə təqdim etmək tapşırılıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Heyder_Aliyev_adina_Azerbaycan_Ali_Herbi_Mektebinde_yeni_fakulteler_yaradilir-914456

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR