Aydın Əliyev vətəndaşları qəbul edib

Aydın Əliyev vətəndaşları qəbul edib
18:44 25 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq dekabrın 25-də Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev Şirvan şəhərində Şirvan Gömrük İdarəsinin inzibati binasında Şirvan, Hacıqabul, Sabirabad və Saatlı rayonlarından olan vətəndaşları qəbul edib. Lent.az-ın komitənin mətbuat xidmətinə istinadən məlumatına görə, qəbula gələn vətəndaşların müraciətləri əsasən işə qəbul, malların idxal və ixracı, bununla əlaqədar sənədləşmə qaydaları və digər gömrük məsələləri ilə bağlı olub.

 

Qəbul zamanı DGK sədri Aydın Əliyev hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib və qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli barədə müvafiq strukturların rəhbərlərinə tapşırıqlarını verib.

 

Vətəndaşların qəbul zamanı qaldırdıqları məsələlərin bir qismi yerindəcə həll olunub. DGK-nın səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə müvafiq orqanlara çatdırılmaq üçün qeydiyyata alınıb və nəzarətə götürülüb.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/226612

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR