“Maersk Line” şirkəti 110 işçini ixtisar etməyə hazırlaşır

“Maersk Line” şirkəti 110 işçini ixtisar etməyə hazırlaşır
18:48 25 Dekabr 2015
21 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 25 dekabr, Elvin Camalov, AZƏRTAC
Danimarkanın “Maersk Group” holdinqin gəmiçilik üzrə fəaliyyət göstərən “Maersk Line” şirkəti qənaət planına uyğun olaraq 110 işçini ixtisar etməyə hazırlaşır.
AZƏRTAC “worldmaritimenews.com” saytına istinadla xəbər verir ki, 23 min işçisi olan “Maersk Line” şirkəti 2017-ci ilin sonuna qədər 4 min işçini ixtisar etməyi planlaşdırır. Bu rəqəm isə ümumi işçilərin 17 faizini təşkil edir.
Qeyd edək ki, “Maersk Group” dünyanın 130 ölkəsində gəmiçilik, logistika və neft-qaz sənayesində fəaliyyət göstərir.
 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR