Azərbaycan şahmatçısı beynəlxalq turnirdə liderlər sırasına yüksəlib

Azərbaycan şahmatçısı beynəlxalq turnirdə liderlər sırasına yüksəlib
18:48 25 Dekabr 2015
28 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 25 dekabr, AZƏRTAC
Birləşmiş Ərəb Əmirliklərinin Əl-Eyn şəhərində beynəlxalq şahmat turniri davam edir.
AZƏRTAC xəbər verir ki, 28 ölkədən 144 şahmatçının qələbə uğurunda mübarizə apardığı yarışda 2-ci turun oyunları başa çatıb.
İki turdan sonra təmsilçilərimizdən Ülvi Bacarani aktivinə 2 xal yazaraq liderlər sırasında yer alıb. Zaur Məmmədov və Orxan Abdulov isə 1,5 xal toplayaraq liderlərdən yarım xal geri qalırlar. Gülnar Məmmədova, Vüqar Əsədli, Aydan Höccətova, Nərmin Məmmədova, Abdulla Xəyalə və Aqil Pirverdiyev hərəyə bir xal toplayıblar. Günay Məmmədzadə və Nərmin Xələfova isə aktivlərinə 0,5 xal yaza biliblər.
Yarış İsveçrə sistemi ilə 9 turdan ibrət keçirilir.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycan_sahmatchisi_beynelxalq_turnirde_liderler_sirasina_yukselib-914463

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR