Prezidentə ad günü təbrikləri gəlməkdə davam edir

Prezidentə ad günü təbrikləri gəlməkdə davam edir
18:49 25 Dekabr 2015
39 Ölkə
Ölkə mətbuatı
A- A+

Rusiya Federasiyası Sverdlovsk vilayətinin qubernatoru Yevgeni Kuyvaşev prezident İlham Əliyevi ad günü münasibətilə təbrik edib.

 

Lent.az-ın president.az-a istinadən məlumatına görə, təbrikdə belə deyilir:

 

Hörmətli İlham Heydər oğlu!

Doğum gününüz münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Sizə firavanlıq, xoşbəxtlik, sağlamlıq, ailə səadəti və Azərbaycan xalqının rifahı naminə məsul fəaliyyətinizdə yeni-yeni uğurlar arzu edirəm. Əlaqələrimizin və birgə səmərəli işimizin davam edəcəyinə ümid bəsləyirəm.

Hörmətlə,

Yevgeni Kuyvaşev

Rusiya Federasiyası Sverdlovsk vilayətinin qubernatoru

 

Həmçinin Rusiya Federal Məclisi Federasiya Şurası sədrinin müavini İlyas Umaxanov,   Türkdilli Ölkələrin Parlament Assambleyasının baş katibi Jandos Asanov, Serbiya-Azərbaycan Ticarət Palatasının sədri Miroslav Tsrnoqorats, Palatanın icraçı direktoru Natalia Popesku,  Rusiyanın TASS agentliyinin baş direktoru Sergey Mixaylov, Baş direktorun birinci müavini Mixail Qusman, Avstriyadakı “DİHAG” Holdinqin rəhbəri Artur Abdinov, Rusiya Federasiyasının Qəhrəmanı, Volqoqrad vilayətinin qubernatoru Andrey Boçarov,  Rusiya Federasiyası Həştərxan vilayətinin vitse-qubernatoru, hökumətin sədri Konstantin Markelov,  Rusiya Federasiyası Çeçenistan Respublikası Hökumətinin sədri Ruslan Edelgeriyev,  Rusiya Federasiyası İnquşetiya Respublikasının başçısı Yunusbek Yevkurov,  Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun rektoru, Rusiya Elmlər Akademiyasının akademiki Anatoli Torkunovdan “Russneft” Neft Şirkəti Açıq Səhmdar Cəmiyyətinin direktorlar şurasının sədri Mixail Qutseriyev də prezident İlham Əliyevi təbrik edib.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/226614

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR