Dəmir yoluna bilet satışında problem

Dəmir yoluna bilet satışında problem
18:56 25 Dekabr 2015
21 Digər
Ölkə mətbuatı
A- A+

Bu gün günorta saatlarından başlayaraq Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin (QSC) kassalarında bilet satışı dayandırılıb.

Sərnişinlərin ANS PRESS-ə verdiyi məlumata görə, bilet satışının dayanması kassaların qarşısında izdiham yaranmasına səbəb olub. Şəmkir rayonuna getmək üçün bilet almaq istəyən Hikmət Əzizovun verdiyi məlumata görə, kassadan buna səbəb kimi internetdə yaranmış problem göstərilir.

“Hazırda mənim kimi çox sayda insan rayona getmək üçün dəmiryol kassalarının qarşısında növbə gözləyir. Bilet satışının internetdə yaranan problem aradan qaldırıldıqdan sonra bərpa ediləcəyi bildirilir. Ancaq hazırda mənim kimi hər kəs soyuqda bilet satışının bərpa ediləcəyini gözləyir. Ancaq təbii ki, axşam vaxtı olduğunu və insanların getdikcə daha da çoxalacağını düşünsək, bir azdan burada hansı vəziyyətin olacağını düşünmək çətin deyil. Hazırda da kassalar qarşısında gözləyənlərin sayı artır”, - deyə Hikmət Əzizov bildirdi.

Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin Bakıdakı kassalarından görüntülər:






RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR