Belaruslu alim Azərbaycanın turizm imkanları ilə maraqlanıb

Belaruslu alim Azərbaycanın turizm imkanları ilə maraqlanıb
19:18 25 Dekabr 2015
24 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 25 dekabr, AZƏRTAC
Belarus Tibb Akademiyasının rektoru, tibb elmləri doktoru Mixail Qerasimenko Azərbaycan Sağlamlıq və Termal Turizminə Dəstək Assosiasiyasında (ASTTDA) görüş keçirib.
Belarusun ölkəmizdəki səfiri Gennadi Axramoviçin də iştirak etdiyi görüşdə M. Qerasimenko ilə ASTTDA-nın sədri Ruslan Quliyev arasında sağlamlıq turizmi sahəsində əməkdaşlığın mümkün perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
R.Quliyev rəhbərlik etdiyi assosiasiyanın fəaliyyəti barədə qonağa ətraflı məlumat verib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Belaruslu_alim_Azerbaycanin_turizm_imkanlari_ile_maraqlanib-914476

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR