"LUKoil" Litva və Latviyadakı yanacaqdoldurma məntəqələrini satır

"LUKoil" Litva və Latviyadakı yanacaqdoldurma məntəqələrini satır
19:22 25 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. 25 dekabr. REPORT.AZ/ Rusiyanın "LUKoil" şirkəti Litva və Latviyadakı yanacaqdoldurma məntəqələrini satmağı planlaşdırır.
"Report" xəbər verir ki, bu barədə şirkətin prezidenti Vahid Ələkbərov "Rossiya 24" kanalına müsahibəsində bildirib.
O qeyd edib ki, bu qərar həmin ölkələrdəki Rusiya əleyhinə mövqe ilə bağlıdır.
Qeyd edək ki, şirkət Estoniyadakı aktivlərini artıq satıb.
V.Ələkbərov Rusiya-Türkiyə arasında yaranan siyasi gərginliyin isə "LUKoil"in bu ölkədəki fəaliyyətinə neqativ təsiri olmadığını və Türkiyədəki aktivlərini satmaq niyyətində olmadığını bildirib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR