Böyüklər arasında güləş üzrə Azərbaycan çempionatının açılış mərasimi olub

19:28 25 Dekabr 2015
34 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 25 dekabr, AZƏRTAC 
Dekabrın 25-də Bakı İdman Sarayında böyüklər arasında sərbəst və yunan-Roma güləşi üzrə Azərbaycan çempionatının açılış mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, mərasimdə çıxış edən Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Elçin Cəfərov Prezident İlham Əliyevin ölkəmizdə bədən tərbiyəsinə və idmana, o cümlədən güləşə göstərdiyi diqqət və qayğıdan danışıb. Azərbaycan atletlərinin beynəlxalq yarışlarda qazandıqları uğurlardan söhbət açan E.Cəfərov idmançılarımızın ciddi sınaq qarşısında olduqlarını diqqətə çatdırıb. Bildirilib ki, Rio-de-Janeyroda keçiriləcək Olimpiya Oyunlarına Azərbaycan pəhləvanları bu günədək 11 lisenziya qazanıblar. Qarşıda duran məqsəd lisenziyaların sayını artırmaq və Olimpiya Oyunlarında bu günədək əldə olunmuş uğuru davam etdirməkdir.
E.Cəfərov bildirib ki, Azərbaycanın Olimpiya hərəkatında fəal iştirakı, idmançılarımızın qazandıqları yüksək nəticələr ölkəmizin güclü potensialı ilə yanaşı, həm də idmana dövlət qayğısının göstəriciləridir. Azərbaycanda idmanın inkişafı ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Hazırda Ümummilli Liderin siyasəti dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Sonra Azərbaycanın dövlət himni səsləndirilib.
Açılış mərasimi bədii hissə ilə davam etdirilib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Boyukler_arasinda_gules_uzre_Azerbaycan_chempionatinin_achilis_merasimi_olub-914487

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR