Azərbaycan Güləş Federasiyası yarışların təşkilinə görə hamını qabaqladı

Dekabrın 24-də Gənclər və İdman Nazirliyi yola saldığımız ildə fərqlənən idmançılara, məşqçilərə və komandalara mükafatlar təqdim edib.

Mərasimdə Azərbaycan Güləş Federasiyası idman yarışlarının yüksək səviyyədə təşkilinə görə mükafatlandırılıb. Mükafatı AGF baş katibi Əjdər Cəfərova Gənclər və İdman nazirinin müavini İntiqam Babayev təqdim edib.

İdmançılardan isə birinci Avropa Oyunlarının qalibləri – qadın güləşi üzrə Olimpiya Oyunlarının gümüş və bürünc mükafatçısı, Dünya və dördqat Avropa çempionu Mariya Stadnik, yunan-Roma güləşi üzrə Dünya çempionu Rəsul Çunayev, sərbəst güləş üzrə Olimpiya və Avropa çempionu Toğrul Əsgərov və Avropa və ikiqat dünya çempionu Hacı Əliyev mükafatlandırılıblar.

Mərasimdə ilin ən yaxşı məşqçilərinə də mükafatlar verilib. Yunan-Roma güləşi üzrə yığma komandanın baş məşqçisi Cəmşid Xeyrabadi, sərbəst güləş üzrə yığma komandanın böyük məşqçisi Firdovsi Umudov və gənclərdən ibarət sərbəst güləş yığmasının böyük məşqçisi Əsgərxan Novruzov fərqlənib.

Həmçinin, yunan-Roma güləşçimiz Rəsul Çunayev әmәkdar idman ustası adına layiq görülüb. Beynəlxalq dərəcəli hakim Asif Şirәliyev "İlin ən yaxşı hakimi" nominasiyasında mükafatlandırılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR