Bakıda uşaqların rəsm əsərlərindən ibarət sərgi açılıb

19:58 25 Dekabr 2015
24 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 25 dekabr, AZƏRTAC
Dekabrın 25-də “Meqafon” ticarət-əyləncə mərkəzində Azərbaycan Dövlət Uşaq Filarmoniyasının nəzdində fəaliyyət göstərən “Bacarıqlı əllər” rəsm dərnəyi üzvlərinin “Rəngbərəng” adlı rəsm sərgisi açılıb.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Dövlət Uşaq Filarmoniyasının direktoru, Əməkdar İncəsənət Xadimi Dilarə Əliyeva sərgi barədə məlumat verib. Bildirib ki, bu tədbir rəhbərlik etdiyi mədəniyyət ocağı tərəfindən keçirilən növbəti layihədir. Sərgidə 100-dən artıq rəsm əsərləri nümayiş olunur.
D.Əliyeva deyib ki, sərgini Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə təşkil edilib. Sərgidə 4 yaşdan 18 yaşadək uşaqların rəngkarlığın müxtəlif çalarlarına aid qrafika, rəngli boya, sulu boya, yağlı boya, rəngli karandaş, qarışıq texnika və s. rəsm əsərləri yer alıb.
Tədbirdə ən yaxşı rəsm əsərlərinə görə uşaqlara sertifikatlar təltif olunub.
Sonda Azərbaycan Dövlət Uşaq Filarmoniyasının kamera orkestri konsert proqramı ilə çıxış edib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Bakida_usaqlarin_resm_eserlerinden_ibaret_sergi_achilib-914505

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR