Sosial şəbəkələrin insan həyatına təsiri araşdırıldı

Sosial şəbəkələrin insan həyatına təsiri araşdırıldı
20:17 25 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Amerikalı psixoloqlar sosial şəbəkələrin insan həyatına təsirini araşdırıb.

Milli.Az xeberler.az-a istinadən xəbər verir ki, araşdırmalar nəticəsində insanlarda Feysbuk sosial şəbəkəsindən asılılığın formalaşması səbəbi müəyyən olub.

ABŞ-da keçirilmiş illik NCA konfransında müxtəlif ölkələrdən olan alimlər sosial şəbəkələrin insan həyatına təsirini müzakirə ediblər.

Məlum olub ki, müəyyən fərdi xüsusiyyətlərə malik insanlar Feysbuk sosial şəbəkəsindən asılılığa daha meyllidirlər.
 
Bu kateqoriyaya özləri haqda yüksək fikirdə olmayan insanlar daxildir. Alimlərin sözlərinə görə, sosial şəbəkədən asılılıq insanlara alkoqol və ya narkotik kimi mənfi təsir göstərmir.

Həmçinin alimlər bu tip asılılıqdan əziyyət çəkən insanların daha yumşaq xarakterə və pis yaddaşa malik olduqlarını müəyyən ediblər.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR