“Nar” və “Uninet” müştərək kampaniyaya start verdilər

“Nar” və “Uninet” müştərək kampaniyaya start verdilər
20:33 25 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Balanslarını artırmış “Nar” abunəçiləri “Uninet”-ə pulsuz qoşulur, 2 aylıq internet və IPTV hədiyyə qazanırlar.

Şirkətdən Trend-ə verilən məlumata görə, “Nar” və “Uninet” Yeni il və Dünya azərbaycanlılarının həmrəyliyi günü ərəfəsində müştərək kampaniyaya start verdilər. Belə ki, hər bir “Nar” abunəçisi “Uninet” şəbəkəsinin mövcud olduğu binalarda şəbəkəyə pulsuz qoşulur, “Uninet”-dən hədiyyə olaraq 2 aylıq ödənişsiz internetlə yanaşı, IPTV qazanmaq fürsəti əldə edirlər.

Kampaniya çərçivəsində “Nar” abunəçiləri müxtəlif internet tariflərinə pulsuz qoşulma imkanı və “Uninet” tərəfindən təqdim olunacaq 120 televiziya kanalını izləmək fürsəti qazanacaqlar.

Qeyd edək ki, yalnız Bakı ərazisində keçərli olan “Nar & Uninet” kampaniyası 31 yanvar 2016-cı il tarixədək qüvvədədir. Kampaniyaya qoşulmaq üçün “Nar” abunəçiləri birdəfəlik 5 AZN və ya daha artıq məbləğdə ödəniş etməklə balanslarını artırmalıdırlar.

Daha ətraflı məlumatı 777 qısa nömrəsi, eləcə də www.nar.az və ya www.nar.Uninet.az internet saytları vasitəsilə əldə edə bilərsiniz.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/business/it/2474385.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR