Qonşudan oğurluq edən azərbaycanlılar tutuldu

Qonşudan oğurluq edən azərbaycanlılar tutuldu
20:36 25 Dekabr 2015
49 Ölkə
Ölkə mətbuatı
A- A+

Astara Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində vətəndaşların əmlakını qizli yolla talayan şəxslər yaxalanıb.

ANS PRESS-in məlumatına görə, qabaqcadan əlbir olan Astara şəhər sakinləri 36 yaşlı Heydərov Azad Ağarəhim oğlu və 37 yaşlı Məmmədov Kamran Nizam oğlu Astara şəhəri, Azərbaycan küçəsi 54 saylı mənzilə pəncərənin dəmir barmaqlıqlarını qıraraq girdikdən sonra oğurluq etməkdə təqsirli bilinirlər.



Rayon polis şöbəsi istintaq bölməsinin baş müstəntiqi Samir Həsənovun ANSPRESS-ə verdiyi məlumata görə, təqsirləndirilən şəxslər pəncərənin dəmir barmaqlıqlarını və plastik pəncərəni qırmaqla evə qanunsuz daxil olublar.

Oğrular evdən 1911 manat pul aparıblar. Onlar həmçinin 10 ədəd biri 20 manat dəyərində ətiri, 1 ədəd 700 manat dəyərində qızıl boyunbağını, həmin boyunbağının üzərində olan 200 manat dəyərində qızıl klonu, 1 ədəd 400 manat dəyərində qırmızı qaşlı qızıl üzüyü, 1 ədəd 200 manat dəyərində sadə qaşlı qızıl üzüyü, 1 ədəd 300 manat dəyərində qaşsız qızıl üzüyü, 1 ədəd 100 manat dəyərində yarpaq formada olan qaşsız qızıl üzüyü, 1 ədəd 400 manat dəyərində briliant qaşlı qızıl üzüyü, 1 cüt 300 manat dəyərində qırmızı qaşlı sırqanı, 1 cüt 300 manat dəyərində sadə qaşlı qızıl sırğanı, 1 ədəd 400 manat dəyərində qızıl bilərziyi, 1 ədəd 300 manat dəyərində qızıl onluğu, 2 ədəd biri 150 manat dəyərində qızıl beşliyi, 1 ədəd 300 manat dəyərində briliant qaşlı qızıl üzüyü, 1 ədəd 100 manat dəyərində qaşsız qızıl üzüyü və 1 ədəd 20 manat dəyərində ağ qaşlı gümüş üzüyü oğurlayıblar. Bütünlükdə, zərərçəkmiş şəxsə ümumilikdə 6431 (altı min dörd yüz otuz bir) manat məbləğində ziyan vurublar.



Faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri üzrə cinayət işi başlanıb. İndi istintaq saxlanılan şəxslərin digər qanunsuz əməllər törədib-törətmədiklərini araşdırır.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=368167

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR