Ukraynanın paytaxtında Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə təntənəli qəbul təşkil edilib

Ukraynanın paytaxtında Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə təntənəli qəbul təşkil edilib
21:12 25 Dekabr 2015
17 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 25 dekabr. REPORT.AZ/ Dekabrın 24-də "Kiev Hyatt Recency" (Хаятт Рідженсі Київ) hotelində Ukrayna Millətlər Assambleyasının (UAK) və Ümumukrayna Azərbaycanlıları Konqresinin (ÜUAK) təşkilatçılığı ilə qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə təntənəli qəbul təşkil edilib.
Tədbirin rəsmi hissəsini bayram təbrikləri və xoş arzularla UAK-nin sədri və ÜUAK-in rəhbəri Rövşən Tağıyev açıb. 
Daha sonra Azərbaycanın Ukraynadakı müvəqqəti işlər üzrə müvəkkili Nazim Əliyev və Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin rəsmi nümayəndəsi Ruslan Quliyev çıxış etdilər.
Çıxış edənlər, Ukraynada fəaliyyət göstərən Azərbaycan diasporasının liderlərindən biri, Azərbaycan diplomatları, profil komitəsinin nümayəndəsi Dünya Azərbaycanlılarının Həmrəylik Gününün rolu və əhəmiyətindən danışaraq, prezident İlham Əliyevin ardıcıl, sistəmli siyasətindən, ölkəmizi dünyanın qabaqcıl dövlətlərindən birinə çevrilməsi yolunda aparılan iqtisadi, sosial və humanitar islahatlardan söz açıblar. Onlar Ukrayna cəmiyyətinin nəzərinə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini çatdıraraq, Bakıda keçirilən "Bakı-2015" I Avropa Oyunlarının möhtəşəm uğurlarından söz açıblar.
Öz növbəsində, Ukraynalı deputatlar Maksim Kuryaçiy, Sergey Taruta, Sergey Rudik, Sergey Melniçuk, ölkənin mədəniyyət nazirinin müavini Andrey Vitrenko, Ukrayna MOK rəhbəri Ravil Safiulin, Kiyev şəhər Şurasının deputatı Pavel Teslenko, Ukraynanın Çerkassk vilayətinin qubernatorunun müşaviri Yuri Podnebesnı və digərləri Azərbaycanın uğurlu daxili və xarici siyasəti, Ukrayna ilə Azərbaycan arasında mövcud strateji tərəfdaşlıqdan söhbət açıblar. Ukrayna tərəfi bizim soydaşlarımızı Dünya Azərbaycanlılarının Həmrəylik Günü ilə yanaşı, həmçinin ölkə prezidenti İlham Əliyevin doğum günü münasibətilə təbrik edib, Azərbaycan xalqına və ölkə başçısına cansağlığı, sülh, xoşbəxtlik və çiçəklənmə arzu ediblər.
Daha sonra Müslüm Maqomayev adına Azərbaycan mədəniyyət mərkəzinin rəhbəri, Ukraynanın xalq artisti Qurban Abbasov və klassik musiqi kvartetinin iştirakı ilə konsert proqramı təqdim edilib. Qonaqlara Azərbaycan, Ukrayna və Avropa mətbəxinin nümunələri təqdim edilib. Tədbirdə Azərbaycan səfirliyinin nümayəndələri, Ukrayna siyası isteblişmentinin nümayəndələri, ölkə deputatları, Kiyev şəhər Şurasının deputatı, mədəniyyət və işgüzar dairələrin nümayəndələri, Azərbaycan diasporunun fəalları və digər şəxslər iştirak ediblər.

Xəbərin orijinal ünvanı: http://report.az/xarici-siyaset/ukraynanin-paytaxtinda-dunya-azerbaycanlilarinin-hemreylik-gunu-munasibetile-tenteneli-qebul-teskil

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR