Sağlamlıq imkanları məhdud uşaqlar üçün bayram şənliyi keçirilib

Sağlamlıq imkanları məhdud uşaqlar üçün bayram şənliyi keçirilib
21:18 25 Dekabr 2015
26 Digər
Ölkə mətbuatı
A- A+


Abşeron, 25 dekabr, AZƏRTAC
Dekabrın 25-də Abşeron rayonunun Saray qəsəbəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin 2 saylı sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsində Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə bayram şənliyi təşkil olunub. Tədbir Sumqayıt Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə keçirilib.
AZƏRTAC xəbər verir ki, bayram şənliyində Sumqayıt şəhəri Corat qəsəbə mədəniyyət evi kollektivinin təqdim etdiyi konsert proqramı uşaqlara xoş ovqat bəxş edib. Şaxta baba və Qar qızı qarşıdan gələn bayram münasibətilə təbriklərini çatdırıb, hədiyyələrini veriblər.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Saglamliq_imkanlari_mehdud_usaqlar_uchun_bayram_senliyi_kechirilib-914533

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR