"Belə işləmək olmaz"

"Belə işləmək olmaz"
21:32 25 Dekabr 2015
25 İdman
Ölkə mətbuatı
A- A+

"Liverpool"un baş məşqçisi Yurqen Klopp İngiltərədə sıx oyun qrafikinin olmasına diqqəti çəkib. Milli.Az goal.az-a istinadən xəbər verir ki, Almaniya Bundesliqasında 1 ay istirahətə öyrəşən gənc mütəxəsis Premyer Liqanın fasiləsiz davam etməsini futbolçuların yorğunluğuna gətirib çıxardığına işarə vurub.

"Birmənalı olaraq, İngiltərədə sıx oyun qrafiki var. Bundan başqa, çempionatda fasilə yoxdur, xeyli turnir keçirilir. Fikrimcə, hamı bu cür təqvimlə uğur qazanmağın çətin olmasına razılaşar. Hamı hesab edir ki, Roy Hocson İngiltərə millisini AVRO-2016-nın qalibi etməlidir. Komandada, həqiqətən, yaxşı futbolçular var. Amma onlar bir il fasiləsiz oynayırlar. Başqa ölkələrdə isə futbolçuların istirahət vaxtı olur. Belə şəraitdə uğur qazanmaq asan deyil".

Klopp "Liverpool"un heyətində bir neçə itkisinin olmasını qış transfer pəncərəsində stimullaşdırmaq barədə də danışıb.

"Hər zaman dediyim kimi, qış transfer pəncərəsini çox sevən biri deyiləm. Amma lazımi şeylərə reaksiya verəcəyik. Biz sadəcə heyətdə futbolçuların sayını artırmağı düşünmürük. Məncə, belə işləmək olmaz. Lakin transfer bazarında lazımi reaksiyanı göstərəcəyik".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/393172.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR