Rusiya azərbaycanlıların rus dilinə və mədəniyyətinə münasibətini yüksək qiymətləndirir

Rusiya azərbaycanlıların rus dilinə və mədəniyyətinə münasibətini yüksək qiymətləndirir
21:43 25 Dekabr 2015
32 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 25 dekabr, Salihə Əliyeva, AZƏRTAC
Rusiya Federasiyasının Azərbaycandakı səfirliyində rus dili müəllimləri ilə görüş keçirilib. Görüşdə Təhsil Nazirliyinin nümayəndələri, ali və orta ümumtəhsil məktəblərin müəllimləri iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin çıxış edərək Rusiyanın azərbaycanlıların rus dilinə və mədəniyyətinə münasibətini yüksək qiymətləndirdiyini vurğulayıb. O, Azərbaycandan olan rusistlərin bu il Rusiyada keçirilən beynəlxalq olimpiadalarda uğur qazanmalarından danışıb. V.Doroxin deyib: “Azərbaycanda işi rus dili ilə bağlı olan çoxlu insanlar var. Mən bura minlərlə adam çağırılmağı arzu edirəm. Lakin biz bu gün ancaq 100 nəfəri çağıra bilərik. Qərara alınıb ki, gördüyünüz işlərə görə təşəkkür etmək üçün sizi buraya toplayaq. Siz rus dilinin nüfuzunu gücləndirirsiniz. Bu, iki ölkə arasında strateji tərəfdaşlığın möhkəmlənməsinin mühüm faktorudur.
V.Doroxin “Xaricdə ən yaxşı rus dili və ədəbiyyatı müəllimi” III beynəlxalq müsabiqənin qaliblərini təbrik edib. “Yaradıcı potensialın nümayişinə görə” nominasiyasında Bakı Slavyan Universitetinin Məktəb-Lisey Kompleksinin rus dili və ədəbiyyatı müəllimi Naibə Kərimli qalib olub.
2015-ci ildə, həmçinin Moskva hökuməti, “Rossotrudniçestvo” və “Rossiyskaya qazeta”nın redaksiyası tərəfindən Yaxın və Uzaq Xaric ölkələrinin rus dili müəllimləri üçün inşa müsabiqəsi keçirilib. İnşanın mövzusu “Dilin qələbəsi: 1945-ci ilin Qələbəsi hansı dildə danışıb” olub. Bakı şəhər 20 nömrəli məktəbin rus dili müəllimi Gülnarə Tahirzadə və Mingəçevir şəhər 3 nömrəli məktəbin müəllimi Sevil Əbdülkərimova müsabiqənin qalibləri olublar.
Tədbirdə çıxış edən Bakı Slavyan Universitetinin rektoru Asif Hacıyev diqqətə çatdırıb ki, belə müəllimlər gənc nəsli beynəlmiləl ruhda tərbiyələndirirlər.
Tədbirin sonunda Rusiyanın Xalq Artisti, Böyük Teatrın solisti Oleq Kulkonun iştirakı ilə klassik musiqi konserti olub.




Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Rusiya_azerbaycanlilarin_rus_diline_ve_medeniyyetine_munasibetini_yuksek_qiymetlendirir-914537

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR